Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb

375

2019-cu ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 16 milyon 861,4 min ton, yük dövriyyəsi isə 3 milyard 603,6 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 10 milyon 834,8 min tonu və ya 64,3 faizi avtomobil nəqliyyatı, 4 milyon 275,1 min tonu və ya 25,2 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 769,5 min tonu və ya 10,5 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 16,7 faizini və ya 2 milyon 809,1 min tonunu tranzit yüklər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır