ABŞ-a məxsus hərbi gəmi Qara dənizə daxil olub

46

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Karni” esminesi Qara dənizə daxil olub.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə gəmilərin hərəkətini izləyən “MarineTraffic” xidməti bildirir.

Birləşmiş Ştatların 6-cı donanmasından bildiriblər ki, HDQ-yə məxsus gəmi “Sea Breeze 2019” hərbi-dəniz təlimlərində iştirak edəcək.

Qeyd edək ki, “Sea Breeze 2019” hərbi-dəniz təlimləri iyulun 1-i strat götürür. Təlimlərdə 19 ölkənin 32 gəmisi və 24 təyyarəsi iştirak edəcək.