Türkiyə “Bir Kəmər, Bir Yol” layihəsi təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub.
“Report”un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin gündəlik “Global Times” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkəsi bu layihəni hələ 2013-cü ildə dəstəkləyib. “Bir Kəmər, Bir Yol” layihəsini yüksək qiymətləndiririk. Bu layihə XXI əsrin inkişafı üçün 100-dən artıq ölkəni və beynəlxalq təşkilatları əhatə edən mühüm layihəyə çevrilib”.
Türkiyə Prezidenti bildirib ki, layihə Türkiyəni Gürcüstan və Azərbaycanı dəmir yolu vasitəsilə birləşdirən və Xəzər dənizini keçərək Türkmənistan və Qazaxıstanı keçərək Çinə çatan mühüm komponentdir”. O, bu günlərdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də işə salındığını xatırladıb.
Ərdoğan bu orta dəhlizin investisiyalar yatırılmaqla gücləndirildiyini əlavə edib: “Digər investisiya layihələri, həmçinin Bosfor boğazı ilə Dardanel boğazını birləşdirən Yavuz Sultan Səlim körpüsü, şoselər, sürətli dəmir yolları, logistik və infrastruktur rabitəsi də “Bir Kəmər, Bir Yol” layihəsinin Pekin və London arasında qoşulmasına birbaşa olaraq dəstək olacaq.
Türkiyə prezidenti Türkiyənin Çinlə ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğunu bildirib: “Bizim məqsədimiz Çinlə iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 50 milyard dollara qədər artırmaqdır və son nəticədə hər iki ölkənin maraqlarına uyğun olaraq balanslandırılmış və dayanıqlı şəkildə 100 milyard dolara çatdırmaqdır. “Bir Kəmər, Bir Yol” layihəsi Asiya və Avropa arasında yolayrıcı olacaq”.
R.T.Ərdoğan qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq mühüm əhəmiyyətə malikdir: “Türkiyə Çinin baxışlarını dəstəkləyir və Çinlə mövcud olan bütün bu əlaqələri yüksək səviyyədə saxlamaq niyyətindədir”.