BMT: Hər 45-ci qaçqın Aralıq dənizində ölür

372

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) hər 45-ci qaçqının Aralıq dənizindən keçmək istəyərkən öldüyünü açıqlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT QAK-ın Almaniyadakı nümayəndəsi Dominik Barç bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə hər 269-cu, bir il sonra hər 71-ci və bu il isə hər 45-ci qaçqın və miqrant bu “marşrut”da ölüb.

Qeyd olunur ki, ötən il 2277 nəfər boğulubsa, bu il bu rəqəm 584 nəfərə bərabərdir. Ümumilikdə, 2015-ci ildən bu yana Aralıq dənizindən keçmək istəyərkən 14867 adam ölüb.