İran: Səudiyyə Ərəbistanı İranın neft gəmisini girov saxlayır

86

İranlı deputat bildirib ki, lazımi dənişlərə baxmayaraq, Səudiyyə Ərəbistanı bu gəmini səbəbsiz yerə saxlamaqla gərginliyi daha da artırmamalıdır…

“Səudiyyə Ərəbistanı 3 ay öncə texniki nasazlıq ucbatından bu ölkə sahilində dayanan İran neft gəmisini buraxmaq istəmir və əlavə pul tələb edir. Səudiyyə Ərəbistanı bu addımla iki ölkə arasında olan gərginliyi uzatmamalıdır.”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İran Parlamentinin Enerji Məsələləri üzrə Komissiyasının üzvü Calal Mirzai deyib.

İranlı deputat bildirib ki, lazımi dənişlərə baxmayaraq, Səudiyyə Ərəbistanı bu gəmini səbəbsiz yerə saxlamaqla gərginliyi daha da artırmamalıdır.

İranlı deputatın sözlərinə görə tərəflər həcc mərasimi məsələsində ortaq mövqe ortaya qoyub, bu mərasimi siyasi məsələlərdən uzaq tutduğu kimi, sözügedən qaçılmaz nəqliyyat və iqtisadi hadisələri də siyasətdən uzaq tutmağı bacarmalıdır.

Qeyd edək ki, İranın neft daşıyan “Happiness -1” adlı gəmisi 3 ay öncə Qırmızı dənizdə üzən zaman texniki nazaslıqdan Səudiyyə sahilinə çıxmalı olub. İran tərəfi bu müddət ərzində gəminin təmiri və saxlanılmasına görə Ciddə dəniz limanına azı 10 milyon dolların ödənildiyini, lakin yenicə Səudiyyə tərəfinnin bu gəminin hər gününə görə əlavə 200 min dollar tələb etdiyini bildirib. İran mənbələri bildirir ki, neft gəmisinin gətirilməsi üçün Səudiyyə limanına əlavə iki evakuasiya gəmisi göndərib. Lakin Səudiyyə Ərəbistanı həmin gəmilərə görə də (hər günə 30 min dollar) tələb edir.