Hondurasda gəmi qəzası səbəbindən 26 nəfər ölüb

48

Honduras sahillərində baş verən gəmi qəzası səbəbindən ən azı 26 nəfər ölüb. 

“Report” xəbər ki, bu barədə yerli televiziya kanalı olan “Televicentro” məlumat yayıb.

İlkin məlumatlara görə, kapitan Walley balıqçı gəmisindən 47 nəfər xilas edilib. 

Faciənin səbəbi qəza sahəsindəki güclü külək və yüksək dalğaların olduğu göstərilir.