BMT: 2019-cu ildə Avropaya 30 minə yaxın qaçqın gəlib

90

Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Agentliyinin məlumatına görə, 2019-cu ilin əvvəlindən Avropa ölkələrinə 29,844 qeyri-leqal miqrant və qaçqın gəlib.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, bu il Avropaya yollanan qaçqınlardan 681 nəfər dənizdə batıb. Ötən ilin müvafiq dövründə Avropa ölkələrinə gələn qaçqınların və qeyri-leqal miqrantların sayı 46,411 nəfər olub, 1,414 qaçqın isə Aralıq dənizində boğularaq həyatını itirib.

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatında qeyd olunur ki, bu il təkcə Yunanıstana 13,997 qeyri-leqal miqrant və qaçqın gəlib ki, bu da Avropaya gələnlərin ümumi sayının yarısını təşkil edir. Təşkilatın İspaniyadakı nümayəndəsi Ana Dodevskanın sözlərinə görə, qaçqın və qeyri –leqal miqrantların üçdəbiri – 10,538 nəfər İspaniyaya gəlib. Bu ölkəyə gündəlik 58 nəfər daxil olub. Ümumilikdə, Yunanıstan və İspaniya bu insanların 82 faizini qəbul edib.

IOM-un İtaliya üzrə nümayəndəsi Flavio Di Giakomonun sözlərinə görə, bu il İtaliya 2,790 miqrant və qaçqını qəbul edib. 2018-ci ilin müvafiq dövründə isə bu ölkəyə gələnlərin sayı 16,709 olub.

BMT-nin Miqrasiya Agentliyinin hesabatında bildirilir ki, 2014-cü ildən 2018-ci ilədək Avropaya yollanan miqrantların 30,510 nəfəri həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır