Cənubi Koreyada dünyanın ən böyük konteyner daşıyan gəmisi hesab edilən “MSC Gülsün” gəmisinin inşası başa çatıb. Samsung Heavy Industries (SHI) gəmini sahibinə təhvil verib.
BAKU.NEWS-un məlumatına görə, gəminin uzunluğu 400, eni isə 61,5 metrdir. Bu gəmiyə 24 ədəd konteyner yerləşir. Ümumi yükgötürmə qabiliyyəti 23.000 TEU-dur.
Gəmi iyulun 8-də Tianjindən Şimali Avropaya ilk səfərinə çıxacaq.
Son illərdə dünyanın ən böyük konteyner gəmisi rekordu tez-tez yenilənir. 2020-ci ildə MSC-nin sifariş etdiyi gəmilərin suya salınması ilə rekordun təkrar yenilənəcəyi gözlənilir.




