Türkiyə sularında ABŞ bayrağı ilə üzən qayıqda yanğın olub

56

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunun sahil sularında ABŞ bayrağı ilə üzən yelkənli və motorlu qayıqda yanğın baş verib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, yanğın “Delmar” adlı 21 metr uzunluqu qayığın mühərrikindən başlayıb. Ərazidəki yanğınsöndürən qayıqların da müdaxiləsi sayəsində alov söndürülüb. Yanğının ətrafdakı qayıqlara keçməsinin qarşısı alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır