“Katargaz” şirkəti dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz daşıyan gəmisini Türkiyəyə göndərdi

80

“Katargaz” şirkəti dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) gəmilərindən biri olan “Q-Flex” növü tankerilə 207 min kubmetrlik ilk böyük LNG nəqliyyatını Türkiyəyə reallaşdırdı.

“Katargaz” şirkəti dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) gəmilərindən biri olan “Q-Flex” növü tankerilə 207 min kubmetrlik ilk böyük LNG nəqliyyatını Türkiyəyə reallaşdırdı.  

Şirkətin açıqlamasına görə, 210 min kubmetrlik tutumu olan “Q-Flex” növü Al-Sheehaniya adlı tanker 30 mayda Qətərin Ras Laffan limanından hərəkət edib.

Açıqlamaya əsasən “Katargaz” şirkətinin direktoru Halid bin Xəlifə əl-Tani bildirib ki, Mərmərə LNG terminalının son zamanlarda artan tutumu “Katargaz”ın dünyanın ən böyük LNG gəmilərini Türkiyəyə göndərməsinə imkan yaradır. 14 LNG tankeri və illik 77 milyon ton qaz istehsalı ilə “Katargaz” şirkəti LNG üçün artan müştəri tələbini ödəməyi hədəf götürüb.