Turistlər üçün Venesiyaya giriş haqqı gələn ilin əvvəlinədək təxirə salınır

45

Turistlər üçün Venesiyaya giriş haqqı 2020-ci il yanvar ayının 1-dək təxirə salınıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu barədə şəhər rəsmiləri məlumat yayıb. Venesiya meri Luici Bruqnara bu yaxınlarda ANSA Foruma açıqlamasında verginin yalnız birgünlük səfər üçün alınacağını bildirib.

Qeyd edib ki, vergini Venesiyaya yalnız birgünlük gələnlər ödəyəcək. Vergi qatar, taksi, avtobus və qayıq kimi nəqliyyat vasitələrindən istifadəyə görə alınacaq və bu şəhərdə qalmasına görə indiyədək vergi ödəməyənlərə də şamil olunacaq.

Toplanmış pullar şəhərin təmizliyinə sərf ediləcək.