Lampeduza adasına xeyli sayda miqrant gəlib

42

Son iki gün ərzində İtaliyanın Lampeduza adasında xeyli sayda miqrant gəlib.

AZƏRTAC xəbər verir ki, iyulun 9-da sahildən təxminən bir mil aralıda içərisində miqrantların olduğu kiçik qayıq saxlanılıb. Qayıqdakı 19 miqrantın hamısı Tunis vətəndaşlarıdır. Onlar adadakı miqrant qəbulu mərkəzinə göndərilib. Daha 10 miqrant isə iyulun 8-də saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın “Alan Kurdi” xilasedici gəmisi ilə Maltaya gətirilən 65 miqrant Aİ-nin müxtəlif ölkələrinə paylanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır