ADDA tələbələri “Zığ” Gəmi Təmiri və Tiktintisi Zavodunda istehsalat təcrübəsindədirlər

314

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmi energetik qurğularının istismarı və onların mühəndisliyi” ixtisasının birinci kurs tələbələri ASCO-nun “Zığ” Gəmi Təmiri və Tiktintisi Zavodunda istehsalat təcrübəsindədirlər.

DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, Təcrübə müddətində tələbələr zavodun strukturu və fəaliyyəti barədə məlumatlandırılacaqlar. Burada təcrübəçilər əsas və köməkçi sexlərlə yaxından tanış olacaqlar. Həmçinin, peşəkar təmirçilər onlara gəmi dizel mühərriklərinin təmir texnologiyasının sirlərini öyrədəcələr. Bununla belə, tələbələr təmir edilən mühərriklərin sınağını da nəzərdən keçirmək imkanı qazanacaqlar.

Zavoddakı təcrübə müddəti başa çatdıqdan sonra tələbələr bir aylıq fasilə edərək təcrübənin ikinci hissəsinə başlayacaqlar. Bu mərhələ gəmidə davam edəcək.  Burada tələbələr gəmidəki qurğu və mexanizmlərlə yaxından tanış ola biləcəklər. Hər bir gəminin aparıcı hissəsi sayılan maşın şöbəsindəki baş və köməkçi dizel mühərriklərinin istismarı, onlara göstərilən texniki xidmət prosesini izləyəcəklər. Təhlükəsizlik texnikası tədbirləri və növbə mexanikinin gördüyü işlərlə tanışlıq təcrübəçi tələbə üçün mühazirə və məşğələlər zamanı aldıqları nəzəri biliklərinin tamamlanmasına geniş imkan yaradacaq.