Türkiyəyə məxsus gəmi hücuma məruz qaldı – Heyət üzvləri girov götürüldü

557

Nigeriya sahillərində “Paksoy” adlı Türkiyəyə məxsus gəmi dəniz quldurlarının hücumuna məruz qalıb.

Redaktor.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, 10 nəfərdən ibarət heyət üzvü girov götürülüb. Məlumata görə, gəmi Kamerundan Fil Dişi Sahilinə üzürmüş. Hadisə zamanı gəmi boş olub.

Hücum zamanı ölən və xəsarət alan olmayıb. Girovların azad olunması üçün Ankara hərəkətə keçib. Gəmi “Kadıoğlu” şirkətinə məxsusdur.