Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb

98

Yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 20 milyon 959,2 min ton, yük dövriyyəsi isə 4 milyard 442,4 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 13 milyon 596,5 min tonu və ya 64,9 faizi avtomobil nəqliyyatı, 5 milyon 243,2 min tonu və ya 25 faizi dəmir yolu nəqliyyatı, 2 milyon 119,5 min tonu və ya 10,1 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 16,2 faizini və ya 3 milyon 404,9 min tonunu tranzit yüklər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır