İsrailin Vergilər Xidmətinin Baş direktoru yeni Bakı Limanına səfər etmişdir

173

İsrailin Vergilər Xidmətinin Baş direktoru Eran Yakov 16 iyul 2019-cu il tarixində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər etmişdir.

Baş direktor Taleh Ziyadov qonağa cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin nəqliyyat qovşağına çevrilməsi istiqamətində aparılan işlər və Bakı Limanının bu prosesdəki rolundan danışıb.

Müasir texnoloji həllərin tətbiq olunduğu limanda professional işçi kollektivinin formalaşması, gənc perspektivli kadrların cəlb olunması istiqamətində də müsbət addımların atılması qonağın diqqətinə çatdırılmışdır.