Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib

62

Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yoxa çıxan neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi şənbə günündən bəri məlumat alınmayan Birləşmiş Ərəb Əmirliklərinə məxsus neft tankeri barədə məsələni şərh edib. O, Fars körfəzində başqa bir ölkəyə məxsus neft tankerində texniki nasazlıq baş verdiyini bildirib. İran dəniz qüvvələri də kömək istənilən gəmiyə beynəlxalq qanunlara uyğun olaraq yardım edib.

İranın BƏƏ-yə məxsus neft tankerini ələ keçirdiyi ilə bağlı iddialara sərt reaksiya verən A.Müsəvi deyib ki, İran dəniz qüvvələri gəmiyə lazımi müdaxilənin olunması üçün onu İran sularına gətirib.

Xatırladaq ki, Hörmüz boğazında BƏƏ-yə məxsus neft tankerindən şənbə günündən bəri məlumat alınmırdı.

Tankerin monitorinq şirkəti “Refinitiv”in analitik Ranjit Raja bildirib ki, həmin tanker son 3 ayda izləmə sistemini bağlamayıb. “Bu, təhlükə əlamətidir”, – deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır