“Şahdəniz” qazının ixracı 34% artıb

81

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 13 890,9 mln. kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,9% artım müşahidə olunub.

Qazın nəqlinin 35,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 4 891,6 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 33,86%çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.