ABŞ gəmisi İranın pilotsuz uçuş aparatını vurub

86

ABŞ İrana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında İrana məxsus PUA-nı vurub.

Tramp qeyd edib ki, kəşfiyyat aparatı ABŞ-ın Fars körfəzində üzən gəmisindən təqribən 900 metr məsafədə olub. Onun sözlərinə görə, PUA hərbçilər üçün təhlükə yaradıb.