Cəbəllütariq hökuməti İran tankerinin həbs müddətini uzadıb

49

Cəbəllütariq Ali Məhkəməsi hökumətə İrana məxsus “Grace 1” tankerinin həbs müddətini daha 30 gün uzatmaq səlahiyyətini verib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, ölkənin baş prokuroru Maykl Llamas Ali Məhkəmə sədrinin də iştirakı ilə keçirilən dinləmə zamanı həbs əmrinin müddətinin avqustun 15-dək uzadıldığını bildirib.

Xatırladaq ki, iyulun əvvəlində Cəbəllütariq hökuməti Suriyaya xam neft daşıyan “Grace 1” tankerini həbs etmişdi.