Kamboca ilə Çin arasında gizli razılaşma

81

Kamboca ilə Çin arasında gizli razılaşma əldə olunub.

“Wall Street Journal” xəbər verir ki, anlaşmaya əsasən tərəflər Siam körfəzində yerləşən Ream hərbi bazasını ortaq istifadə edəcəklər.

Anlaşma hər 10 ildən bir könüllü arıtırlmaq şərti ilə 30 illik nəzərdə tutulub.

Gizli anlaşma ötən ilin baharında əldə olunubmuş.

Şərtə görə, Çin bu bazada silahlarını, canlı qüvvəsini, təyyarə və gəmilərini saxlaya biləcək.

Hətta Çin ordusunun əsgərləri bu əraziyə sərbəst giriş-çıxışla yanaşı bu ölkənin pasportuna da sahib ola biləcəklər.