İran gəmisinin qəzaya uğradığı yerə FHN-nin 2 helikopteri cəlb olunub

121

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin, Astara rayonu sahillərindən 30 km dənizə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin qəzaya uğraması barədə məlumat daxil olub.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerinə Nazirliyin Aviasiya Dəstəsinin iki helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.