Azərbaycanda yüklərin sığortası üzrə ödənişlər kəskin artıb

389

Bu ilin I yarısında Azərbaycanda yüklərin sığortası üzrə 1,742 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,3% azdır.

Son 1 ildə bu sığorta növü üzrə ödənişlər isə 9,6 dəfə artaraq 236 min manata çatıb.

Yığımların azalması, ödənişlərin isə kəskin artması yüklərin sığortası üzrə zərərliliyi də artırıb. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında bu növ sığortadan toplanılmış hər 100 manat sığorta haqqının 0,9 manatı müştərilərə geri ödənilmişdisə, 2019-cu ilin yanvar-iyun aylarında bu rəqəm 13,5 manat olub.