Daha bir ölkə döyüş gəmilərini İran sərhədinə göndərir

103

Daha bir ölkə döyüş gəmilərini İran sərhədinə göndərir

Cənubi Koreya Hörmüz boğazına döyüş gəmilərini göndərəcək.

Publika.az xəbər verir ki, bu barədə CNA məlumat yayıb.

Məlumatda bildirilib ki, Cənubi Koreya ABŞ-ın çağırışına cavab olaraq avqust ayında döyüş gəmilərini bölgəyə yollayacaq.

Qeyd edək ki, ABŞ Avstraliya, Fransa, Almaniya, Yaponiya, Norveç, İngiltərə və Cənubi Koreyaya Hörmüz boğazının təhlükəsizliyini təmin edəcək beynəlxalq koalisiya qurmaq üçün döyüş gəmilərini göndərmək çağırışı etmişdi.