Dünyanın ən yaxşı dəniz limanlarının reytinqi açıqlanıb – TOP-10

117

Mütəxəssislər dəniz nəqliyyatı ilə yükdaşımaların həcmini və əsas dəniz daşımaları mərkəzlərini tədqiq ediblər. Tədqiqat əsasında “Xinhua-Baltic International Shipping Center Development Index” indeksi hazırlanıb ki, bura dünyanın əsas dəniz limanları daxil olub.

“APA-Economics”in “Baltic Exchange”ə istinadən verdiyi məlumata görə, indeks 2014-cü ildən etibarən tərtib olunur. İndeks çərçivəsində beynəlxalq mərkəzlər bir sıra amillərə, o cümlədən limanın vəziyyəti, gəmiçilik və xidmətlər, həmçinin ümumi mühitə əsasən qiymətləndirilir.

Dünyanın ən yaxşı beynəlxalq dəniz daşımaları mərkəzlərinin reytinqi:

#Limanİndeks
1Sinqapur97,8456
2London84,6849
3Honkonq83,9004
4Şanxay80,8652
5Dubay79,3879
6Rotterdam76,5930
7Hamburq75,1276
8Nyu-York – Nyu-Cersi72,7628
9Hyuston69,1638
10Afina68,1171