İranla Böyük Britaniya tankerləri qarşılıqlı azad etmək fikrində deyilər

398

Böyük Britaniya bu günlərdə Fars körfəzində İran tərəfindən saxlanılmış “Stena İmpero” tankeri müqabilində İrana məxsus “Grace 1” tankerini azad etməyi məqbul saymır.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab bildirib.

“Burada güzəştə güzəşt kimi bir anlayış keçmir”, – deyən D.Raab məsələnin beynəlxalq hüquq normalarına əməl olunmasından ibarət olduğunu, məhz buna israr edəcəklərini vurğulayıb.

Digər tərəfdən, İranın Böyük Britaniyadakı səfiri Həmid Baedinejad da tankerləri qarşılıqlı azad etməyin mümkünsüz olduğunu açıqlayıb.

“Böyük Britaniyadakı bəzi KİV-in təklif etdiyi kimi Böyük Britaniya və İranın saxladıqları gəmiləri bərabər və ya barter qaydasında dəyişdirmək mümkün deyil. Böyük Britaniya İran neftini daşıyan gəmini qanunsuz saxlayıb, halbuki Böyük Britaniya gəmisi Hörmüz boğazında təhlükəsizliyə dair bir neçə başlıca qaydanı pozduğuna görə saxlanılıb”, – H.Baedinejad “Twitter”də yazıb.