“Eisenhower” gəmisinin sınaqlarına başlanılıb

52

ABŞ donanması tərkibindəki modernizasiya edilən “Eisenhower” döyüş gəmisinin sınaqları keçirilib. 

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə açıqlamanı “Norfolk” gəmiqayırma zavodunun mətbuat katibi Anna Teylor bildirib. 

O qeyd edib ki, sınaqlar təxminən bir ay davam edəcək. Bu müddət ərzində gəminin modernizasiya edilən vasitələrinin hər biri ayrı-ayrılıqda xüsusi yoxlanışdan keçiriləcək.

O həmçinin bildirib ki, 34 milyona başa gələn modernizasiya işləri ilə bağlı sınaqlar yekunlaşdırıldıqdan sonra gəmi sentyabr ayında ABŞ donanmasına təhvil veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır