“Dəniz kuboku-2019” müsabiqəsinin hakimlərinin müşavirəsi keçirilib

434

Avqustun 1-də Bakıda “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinin hakimlər komissiyasının təşkilati müşavirəsi keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə komissiyanın katibliyi və səhra hakimləri təqdim olunub, fəaliyyətlərə nəzarət edəcək nümayəndələr təyin edilib və texniki komissiyanın tərkibi seçilib.

Sonra səhra hakimlərinin fəaliyyətinə nəzarət edəcək nümayəndələrin və texniki komissiya üzvlərinin baş hakim tərəfindən təlimatlandırılması icra olunub.