TRACECA-nın Azərbaycan hissəsi ilə yükdaşıma azalıb

436

Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25,142 milyon ton, yük dövriyyəsi isə 5 301 milyon ton-km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 534 min ton və yaxud 2,1% azdır. 

Son 1 ildə yük dövriyyəsi isə 225 milyon ton-km və yaxud 4,1% azalıb. 

Hesabat dövründə yüklərin 16,33 milyon tonu və yaxud 65%-i avtomobil nəqliyyatı, 6,265 milyon tonu və yaxud 24,9%-i dəmir yolu nəqliyyatı, 2,546 miıyon tonu və yaxud 10,1%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 16,1%-ini və ya 4,057 milyon tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 891 min ton və yaxud 18% azdır.