Türkmənistanda Xəzər dənizi İnstitutu yaradılır

533

Türkmənistanda Xəzər dənizi İnstitutu yaradılır.

AZƏRTAC “Türkmenistan seqodnya” rəsmi informasiya agentliyinə istinadla xəbər verir ki, Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət müəssisəsinin ləğv edilməsi və onun bazasında Xəzər dənizi İnstitutunun yaradılması haqqında Fərman imzalayıb.

Yeni yaradılan institutun fəaliyyətinə nəzarətin həyata keçirilməsi Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, Xarici İşlər naziri Rəşid Meredova həvalə olunub.

Fərmanın mətnində qeyd olunub ki, institut Xəzər dənizi regionunda əməkdaşlığın inkişafı, müxtəlif istiqamətlərdə aparılan işlərin təhlili, dənizdə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, Xəzər dənizi ilə bağlı beynəlxalq-hüquq və milli sənədlərin işlənib hazırlanması, həmçinin Xəzər üzrə beynəlxalq sazişlərin Türkmənistanda yerinə yetirilməsinin icmalının və profil-metodik informasiyaların təqdim edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır