İran limanlarında yüklənmə və boşaldılma həcmi artıb

81

Cari ilin mart ayından bu günədək İranın limanlarında 58,08 milyon ton yük yüklənib və boşaldılıb.

Trend-in məlumatına görə, yüklənib-boşaldılan məhsulların həcmi ötən ilin analoji dövrü ilə (55,75 milyon ton) müqayisədə 4,2% artıb.

İranın Limanlar və Dənizçilik Təşkilatının (PMO) son hesabatına əsasən, yüklər İranın Abadan, Astara, İmam Xomeyni, Əmirabad, Ənzəli, Buşehr, Cask, Çabəhar, Xürrəmşəhr, Şəhid Bahünər, Şəhid Rəcai, Firudinkenar, Qeşm, Genave, Lenge, Neka və Buşehr limanlarında yüklənib və boşaldılıb.

Qeyd olunan müddət ərzində 16,63 milyon ton neft yüklənib və boşaldılıb. Bu isə ötən ilin analoji dövrü (17,69 milyon ton) ilə müqayisədə 6% azalmanın olduğunu göstərir.