Türk mühəndislər günəş enerjisi ilə çalışan gəmi istehsal ediblər

92

Türk mühəndislər xeyli müddətdir gördükləri işdən sonra nəhayət günəş enerjisi ilə çalışan gəmi hazırlayıblar. Günəş olmadıqda batareya ilə çalışaraq 6 saat ortalama sürətlə hərəkət edən gəmi eyni zamanda havanı korlamadığı üçün ekoloji təmiz adlandırılır.

İqtisadiyyat.Az türk mediasına istinadla xəbər verir ki, Ulduz Texniki Univeriteti Gəmiqayırma mühəndisləri Kaan Gölçək və Rahim Can Peker günəş enerjisi ilə hərəkt edə bilən gəmi hazırlayıblar. Ulduz texnoparkda qurduqları şirkətlə xəyallarını gerçəkləşdirən Gölçək və Peker, tələbə ikən xaricdə təşkil olunan günəş enerjisi ilə gedən gəmi yarışlarına qatılıblar. İllər ərzində yarışda özlərini inkişaf etdirən gənclər, 2018-də Hollandiyada təşkil olunan “Solar sport one” yarışında dünya üzrə 4-cü yerə çıxdılar. Şirkət qurmaq və xəyallarını gerçəkləşdirmək üçün maddi dəstəyə ehtiyacı olan gənclər “TÜBİTAK”a gedib layihələrini qəbul etdiriblər. Gənc mühəndislər Ulduz texnoparkda “Navarc” adlı şirkətlərini qurub layihəni həyata keçirdilər. Daha sonra günəş enerjisi ilə çalışan gəmini emal edib ictimai qurumların birinə satıblar.

İstehsal olunan gəmi, üzərindəki günəş panelləri sayəsində yalnız günəş enerjisi ilə hərəkət edə bilir. İçərisindəki batareya ilə orta sürətlə 6 saat hərəkət edən gəmi, tam sürətlə 2 saat hərəkət edə bilir. Batareya və motordan başqa bütün avadanlıqlar, həmçinin güəş panelləri də Türkiyədə hazırlanıb. Günota vaxtları günş enerjisi il həm hərəkət edir, həm də batareyalarını doldurur.