ADDA-nın bakalavr pilləsinə qəbul olmuş abituriyentlərin qeydiyyatına başlanıb

2405

DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, Avqustun 15-də saat 9-00-dan Azərbaycan Dövlət Dəniz Akademiyasının əsas binasında bu il  ADDA-ya daxil olan abituriyentlərin qeydiyyatına start verilib. Abituriyentlər qeydiyyat prossesi zamanı komissiya üzvlərinə siyahısı əvvəlcədən elan edilən səndələrini  təqdim ediblər.

1. Şəxsiyyət vəsiqəsinin əsli və surəri; (2 nüsxə)
2. Attestatın əsli və surəti;
3. Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;
4. Tibbi arayış (forma 086) (“Gəmiqayırma və gəmi təmiri” ixtisasnına qəbul olanlar üçün)
5. 8 ədəd 3×4 fotoşəkil;
6. Abituriyentin elektron ərizəsi və fin kodu;
7. Ödənişli tələbələr üçün ödəniş haqqında çekin əsli və surəti;
8. Tərcümeyi-hal;
9. İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti;

Fakültə dekanlığı və Akademiyanın Tədris şöbəsinin əməkdaşları tərəfindən sənədlər yoxlanıldıqdan sonra artıq tələbə adını qazanmışların məlumatları uyğun olaraq qeydiyyata alınır. Burada həmçinin yataqxanaya ehtiyacı olan abituriyentlərdən ADDA-nın yataqxanadasında yerləşdirmə ilə bağlı müvafiq ərizə də qəbul edilir. Hər bir qeydiyyata gələn üçün xüsusi geyim forması ölçüləri götürülüb sifariş verilir. Son olaraq Akademiya ilə tələbə arasında Nümunəvi Fərdi müqavilə imzalanır.

 Sənədlərin qəbulu 15.08.2019-27.08.2019 tarixinədək saat 9-00-17-00-dək ADDA-nın əsas korpusunda aparılır. 

 Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 18. (Sahil metro stansiyasının yaxınığında)