Son vaxtlar qeyri-leqal miqrantların Mərakeşdən İspaniyaya çatdırılmasının yeni üsulu populyarlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə İspaniya KİV-ləri hüquq mühafizə orqanlarına istinadla məlumat yayıblar.
Daşıyıcılar bunun üçün hidrosikllərdən istifadə edirlər. Belə ki, bu yolla “müştəri” cəmi üç dəqiqə sonra Seutda olur. Bu “xidmətin” qiyməti 500-1000 avro civarındadır.
İspaniya Mülki Qvardiyası ötən həftə Mərakeş vətəndaşları olan iki daşıyıcını həbs edib. Onlar qeyri-leqal miqrantları hidrosikllərdə İspaniya sahillərinə çatdırmaqla məşğul olublar. Onlardan biri yeniyetmədir. Daşıyıcılar agentləri gördükləri üçün miqrantları suya ataraq qaçıb aradan çıxmağa çalışıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır