İslandiyanın Okjökul buzlağı 30 ilə əriyərək yox olub

360

NASA İslandiyanın böyük buzlağının – Okjökulun yüksək temperaturdan necə əridiyini əks etdirən foto yayıb.

AZƏRTAC “Mirror” nəşrinə istinadla xəbər verir ki, son 30 ildə bu buzlaq tamamilə əriyərək yox olub. 2014-cü ildə isə ölü elan edilib.

Qeyd olunub ki, əvvəllər buzlağın sahəsi təxminən 38 kvadratkilometr olub. Ancaq 1978-ci ildə buzlaq sahəsi yalnız 3 kvadratkilometr ərazini əhatə edib. Mütəxəssislərin fikrincə, Okjökul buzlağı XX əsrin sonlarında əriyərək yox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır