Misir və Çin Xalq Cümhuriyyəti dəniz donanmasına məxsus birliklər Aralıq dənizində birgə təlim keçiriblər.
Misir və Çin Xalq Cümhuriyyəti dəniz donanmasına məxsus birliklər Aralıq dənizində birgə təlim keçiriblər.
Misir ordu sözçüsü polkovnik Temir ər-Rifai verdiyi açıqlamada Misir və Çin qüvvələrinin Aralıq dənizində “XİAN-153” adlı birgə təlim keçirdiklərini bildirib.
Rifai təlimdə Misirin Şimal donanmasına məxsus döyüş gəmilərilə Çin tərəfindən destroyerlərin qatıldığını ifadə edib.
Açıqlamada təlim çərçivəsində fövqəladə düşməncə təhditlərin qarşısını alınmasının, terror və piratlarla mübarizə metodlarının təcrübə edildiyi, gəmilərə yanaşma və gəmilərdə təftiş prosedurları ilə əlaqədar ssenarilərin həyata keçirildiyi bildirilib.
Təlim fəaliyyətləri çərçivəsində təcrübə ötürülməsi və fərqli müharibə doktrinalarının müəyyənləşdirilməsinin də məqsud götürüldüyü vurğulanıb, ancaq təlimin nə zaman keçirildiyi barədə məlumat verilməyib.