Bir neçə gün öncə “Palmali Group”a məxsus başqa bir gəmi tərəfindən vurulan “Mammad Amin Rasulzadeh” gəmisində təmir işləri başa çatıb.
Gununsesi.org xəbər verir ki, bu barədə adıçəkilən holdinqin rəhbəri azərbaycanlı iş adamı Mübriz Mənsimov sosial şəbəkədəki hesabında yazıb.
O. gəminin vurulmasına sevinləri məyus etdiklərini qeyd edib.
Həmin qeydləri təqdim edirik:
MAMMAD AMİN RESULZADEH” gəmisinin qəzasından sevinənlərə pis xəbərim var. Gəminin təmiri bu gün yekunlaşdı və “MAMMAD AMİN RESULZADEH” ilk səfərinə yola düşür. Arzularınız içinizde qaldı. Dahi Liderimiz Məmməd Əmin Rəsulzadənin dediyi kimi, “Bir kərə yüksələn bayraq, bir daha enməz”.
Biz də bu cümləni bir qədər dəyişərək deyirik: “MAMMAD AMİN RESULZADEH” gəmisi dənizlərə çıxdı və heç bir vaxt batmayacaq. Əksinə, sizin arzularınız batacaq dəryalarda. Gəmimizin ilk səfəri Rusiyanın Rostov limanına doğrudur. Gəmimizin qəzaya uğramasına gəlincə, burada qarşı tərəfin günahı tam şəkildə sübut olundu. Həmin gəminin kapitanının dindirilməsi davam edir. “MAMMAD AMİN RESULZADEH” gəmisinin bütün təmir işlərini qarşı tərəf ödədi.