Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən daha 92 nəfər saxlanılıb

121

Türkiyənin Çanakkale şəhərinin Ayvacık rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 92 nəfər saxlanılıb. Onlardan 51-i Suriya vətəndaşıdır.

AZƏRTAC xəbər verir ki, Türkiyənin sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılanların rezin qayıqlarla Yunanıstanın Midilli adasına keçmək istədikləri məlum olub.

Saxlanılanlar arasında qadınlar və uşaqlar da var.

Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır