Aktau limanında antiterror təlimləri keçiriləcək

191

Aktau limanında antiterror təlimləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, təlimlər Mangistau Dəniz Əməliyyat Qərargahı tərəfindən “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı “ASC-nin ərazisində baş tutacaq.

Təlimin məqsədi dəniz iqtisadi fəaliyyət obyektlərinə törədilən terror aktlarının qarşısını almaqda iştirak edən dövlət orqanlarının qüvvə və vasitələrinin hazırlıq səviyyəsini artırmaqdır.

Terrorla mübarizə təlimi zamanı nəqliyyat vasitələrinin və piyadaların hərəkəti ilə əlaqədar məhdudlaşdırma tədbirləri də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır