İran Xəzəryanı dövlətlərlə nəqliyyat əlaqələrini genişləndirəcək

104

İran Prezidenti Həsən Ruhani İran İslam Şurası Məclisinə (parlamentə) “İranın Xəzər dənizi sahilindəki digər dövlətlər ilə nəqliyyat sahəsində əlaqələrinin genişləndirilməsi haqqında” qanun layihəsi təqdim edib.

AZƏRTAC xəbər verir ki, İran prezidentinin parlamentə təqdim etdiyi yeni qanun layihəsi, İran ilə Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan arasındakı mövcud nəqliyyat, ticarət əlaqələrinin yeni mərhələyə qədəm qoymasını nəzərdə tutub. Yeni qanun qarşılıqlı münasibətlərin daha da yaxşılaşması və iqtisadi əlaqələrin genişlənməsi üçün imkanlar yaradacaq.

Qanuna əsasən ekspert qrupları Xəzəryanı dövlətlərin iqtisadi imkanlarını öyrənib, əlaqələrin zəif inkişaf etdiyi sahələrdəki əməkdaşlığın genişlənməsi üçün təkliflər hazırlayacaqlar.

İran parlamentinin mətbuat xidmətindən verilən məlumata görə, gələn həftə Prezidentin təqdim etdiyi qanun layihəsi deputatlar tərəfindən nəzərdən keçiriləcək və müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır