Türkiyədə miqrantları daşıyan qayıq saxlanılıb

417

Türkiyənin İzmir şəhəri sahillərində miqrantları daşıyan qayıq saxlanılıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qayığın göyərtəsində azı 20 qeyri-leqal miqrant olub.

Qeyd edilir ki, Əfqanıstan vətəndaşları olan qeyri-leqal miqrantlar nəzarət aldında saxlanılırlar.