Qrenlandiyada buzlağın çökməsi nəticəsində 1 balıqçı ölüb, daha ikisi itkin düşüb

38

Danimarka Krallığının tərkibində olan Qrenlandiyanın qərbindəki Uummannaq rayonunda bir buzlağın çökməsi nəticəsində 1 balıqçı ölüb, daha ikisi itkin düşüb.

AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Qrenlandiya polisinin yaydığı məlumatda həmin rayonda nəhəng buzlağın bir hissəsinin qopduğu və orada olan balıqçılardan birinin həlak olduğu, digər ikisinin itkin düşdüyü bildirilir.

Qeyd olunub ki, itkin düşmüş balıqçıların axtarışı davam edir. Eyni zamanda, qopan buz parçalarının dənizdə güclü dalğalara səbəb olmasını nəzərə alan hakimiyyət təmsilçiləri əhaliyə onlardan uzaq durmağı tövsiyə edib.

Xatırladaq ki, ərazisinə görə dünyanın ən böyük adası olan Qrenlandiyada qlobal istiləşmənin təsiri nəticəsində buzlaqlar əriməkdə davam edir. CNN telekanalının xəbərinə görə, iyul ayında müşahidə olunan qızmar havalardan sonra burada 197 milyard ton buzlaq sahəsi əriyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır