Şəmkirdə balıq ovu turniri keçirilir – FOTO

61

Şəmkirdə balıq ovu turniri keçirilir.

Oxu.Az xəbər verir ki, havanın normal şəraitdə olması balıq ovu turnirinə gələnlərin işini bir az da asanlaşdırıb.

Ölkəmizin dörd bir tərəfindən gələn iştirakçılar Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində Şəmkir su anbarı su hövzəsində yarışlara qatılıblar.

Turnir Azərbaycanın bütövlüyü uğrunda canından keçən Milli Qəhrəman İsgəndər Aznaurovun əziz xatirəsinə həsr edilib.

Sentyabrın 14-15-də iki gün davam edən turnirəə 50-dən çox iştirakçı qatılıb. Məqsəd isə qalib gəlib, xüsusi mükafata sahib olmaqdır.

Yarış indiyə qədər müxtəlif su hövzələrində keçirilib. Bu isə sayca 11-ci turnirdir. Qalib ən böyük balığı tutan hesab olunacaq.

Qeyd edək ki, bu cür turnirlərin keçirilməsində məqsəd Azərbaycanda həvəskar balıqçılığı idman balıqçılığı səviyyəsinə çatdırmaqdan ibarətdir. Elə buna görə də yarışa ilbəil maraq artığından, iştirakçıların sayı da çoxalır.