Dəniz limanlarında 5,4 milyon ton yükləmə-boşaltma işləri görülüb

89

Cari ilin yanvar-avqust aylarında dəniz limanlarında 5 milyon 403,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 4 milyon 937 min tonunu və ya 91,4 faizini tranzit yüklər təşkil edib. Sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 157,8 min ton olub.

Səkkiz ayda dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 24,8 faiz artaraq 13,6 min nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır