Ceyhan terminalından Azərbaycan nefti ilə yüklənmiş 4 300 tanker yola salınıb

418

Türkiyənin “Botas International Limited” (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan neft terminalından 3,3 mlrd. barelə yaxın neft yola salınıb. Bu barədə “APA-Economics” BIL-a istinadən xəbər verir.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır.

Məlumata görə, hesabat dövründə terminaldan 4 300 tanker AÇG nefti ilə yüklənilib. Bu il (sentyabrın 20-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 172,32 mln. barel neft və 215 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.