19 ölkədən olan alimlər Arktikada il ərzində iqlim proseslərini öyrənəcəklər

45

“Polyarştern” – Almaniyanın bir növ unikal olan elmi-tədqiqat institutu belə adlanır. Mahiyyət etibarilə, institut elmi-tədqiqat müəssisəsini təmsil edir. Lakin onun nadir olması bina ilə deyil, buzqıran gəmidə yerləşməsi ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, bu günlərdə “üzən” institut akademik səyahətə – əfsanəvi tədqiqatçı Fritof Nansenin marşrutunun təkrarlayaraq Arktikaya istiqamət götürüb. Gəminin göyərtəsində dünyanın 19 ölkəsindən olan alimlər il ərzində planetin bu nöqtəsində iqlim proseslərini öyrənəcəklər. Bu, iqlim dəyişməsinin və onunla bağlı olan qlobal istiləşmənin necə baş verməsini daha yaxşı başa düşməyə kömək edəcək.

Gəmiyə buzqıran və helikopterlər xidmət edəcək, alimlərin həyat və fəaliyyəti üçün ərzaq və digər zəruri ləvazimatları daşıyacaqlar.

“Polyarştern” 20 min at gücü qüvvəsinə bərabərdir və metr yarımlıq qalınlıqda buzu qırmağa qadirdir. Gəmi 5 sahə – atmosfer, okeanologiya, dəniz buzu, ekosistem və biogeokimya üzrə tədqiqatların aparılması üçün bütün zəruri avadanlıqla təchiz edilib.

Ekspedisiyanın başlanğıcı “Gələcək üçün cümə günləri” ekoloji hərəkatının bütün Avropada keçən kütləvi aksiyaları ilə üst-üstə düşüb. AZƏRTAC bu xəbərləri hadisələrin mərkəzindən işıqlandırmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır