24 sentyabr – Beynəlxalq Karvan Günüdür

93

Hər il 24 sentyabrda maraqlı bir peşə bayramı – Beynəlxalq Karvan Günü (International Day of caravan) qeyd olunur. Bayram əsasən gəmi karvanları, yük maşınları və yük daşıyan gəmi komandaları tərəfindən qeyd olunur.


Bu peşə bayramı 1995-ci ildə Beynəlxalq Yüklərin İdarə Edilməsi Koordinasiya Birliyi (International Cargo Handling Co-ordination Association, ICHCA) tərəfindən təsis edilib.


Beynəlxalq Karvan Günü məşhur İngilis dənizçisi Uilyam Adamsın doğum günü  şərəfinə 24 sentyabrda qeyd edilir (William Adams, 24 sentyabr 1564 – 16 may 1620). O, Yaponiya sahillərinə çatan ilk Avropalı hesab olunur. 1597-1600-cü illərdə dəniz səyahətindən sonra Uilyam Yaponiyada 20 il yaşamış və Yaponiya, İngiltərə və Hollandiya arasında ticarət əlaqələrinin inkişafında böyük rol oynayıb. 


Başqa bir fikrə görə isə, Beynəlxalq Karvan Günü məhz Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi şərəfinə qeyd edilir.


İllər keçdikcə uzun məsafələrə yük daşıyan nəqliyyat gəmilərinin yüklərinə “karvan” deyilməyə başlandı. Bu cür karvanlar, məsələn, Venesiya Ticarət Respublikası tərəfindən fəal istifadə olunurdu. Hal hazırda karvanlar – buz bağlayan sularda – Şimal Dəniz Yolu boyunca üzürlər. Çay karvanları da çox yayılıb.