Çin ilk desant gəmisini işə salıb

82

Çin Xalq Qurtuluş Ordusunun dəniz qüvvələri ilk universal desant gəmisinin buraxılış mərasimini keçiriblər.

Trend-in məlumatına görə, gəminin dövlət himninin sədaları altında suya salınması mərasimi Şanxayda baş tutub. Donanma komandirləri lent kəsdikdən sonra gəminin sol tərəfindən bir şüşə şampan sındırıblar.

Qeyd olunur ki, bu Çin tərəfindən müstəqil hazırlanmış ilk universal desant gəmisidir.