Norveç limanında Rusiyaya məxsus gəmi yanır

158

Norveçin Tromse şəhərində limana yan almış Rusiyaya məxsus “ Buxta Naezdnik” gəmisi yanır.

Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Breyvik limanında qeydə alınıb. Gəminin hansı səbəbdən yanması məlum deyil. 25 nəfərin təxliyə edildiyi bildirilir.