“Novatek”: Qlobal LNG bazarı 10 ildən sonra 700 milyon tona çatacaq

88

Qlobal mayeləşdirilmiş təbii qaz bazarı aşağı qiymətlər səbəbindən yaxın gələcəkdə sürətlə böyüməyə davam edəcək və 10 ildən sonra 700 milyon ton həcminə çatacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Novatek” qaz şirkətinin rəhbəri Leonid Mixelson Tokioda açılan LNG istehsalçıları və istehlakçılarının beynəlxalq konfransında bildirib.

“Tez-tez təkrarlayırıq ki, LNG istehlakı üzrə analitiklərin hazırkı proqnozları aşağı hədlə göstərilib, onlar da bunu təsdiqləyirlər. Üç il əvvəl bazarın 2030-cu il üçün proqnozlaşdırılan həcmi 470 milyon ton həcmində hesablanırdı. İndi bu göstəricinin 2025-ci ilə əldə olunacağı gözlənilir, 2030-cu ilə üçün proqnoz isə 550 milyon tondur. Hesablamalarımıza görə, 10 ildən sonra LNG bazarı 700 milyon tona həcminə qədər artacaq”, – o deyib.

L.Mixelsenin sözlərinə görə, bu tendensiya səbəbindən qlobal şirkətlər LNG sahəsində aktivlərini artırır. 

“Qazın ekoloji üstünlüyü artımda mühüm rola malikdir. Buna Rusiyada, Yaponiyada və bütün dünyada çox diqqət yetirilir”, – şirkət rəhbəri söyləyib.

Qeyd edək ki, 2018-ci ilin yekunlarına əsasən, müxtəlif mənbələrə görə, LNG bazarı, təxminən, 315 milyon ton olaraq qiymətləndirilirdi.